İraq paytaxtı Bağdadın mərkəzi meydanında 2 partlayıcı qurğunun işə düşməsi 90 nəfərin həyatına son qoyub.İraq paytaxtı Bağdadın mərkəzi meydanında 2 partlayıcı qurğunun işə düşməsi 90 nəfərin həyatına son qoyub.
İraq İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, bazar günü oktyabrın 25-də günorta vaxtı 2 terrorçunun sui-qəsd planında Bağdadda Ədliyyə Nazirliyi və Valiyyə binalarının önündə 2 maşına qoyulmuş partlayıcı qurğularının işə düşməsi ilə yüzlərlə adam yaralanıb. Yaralılardan bir çoxunun ağır vəziyyətdə olduğu bildirilib. Partlayışın baş verdiyi məkanın yaxınlığında bir neçə bina və maşına da xəsarət dəyib.
İraq seçki məcəlləsinin araşdırılması günündə bu iki terror aktının baş verməsi elə bir haldadır ki, İraq rəsmiləri bundan öncə əhalinin parlamentin növbəti seçkilərinin keçirilməsi ilə bağlı rəyini dəstəkləyərək bu qanuna qarşı terror hərəkətlərinin barəsində xəbərdarlıq etmişdilər. /haqqyolu/