İslam dünyasının tanınmış alimlərindən hesab edilən Yusif əl-Qərdavi İsrailin hücumlarına qarşı sünni və şiə müsəlmanların birləşmələrinin vacibliyini bildirib.İslam dünyasının tanınmış alimlərindən hesab edilən Yusif əl-Qərdavi İsrailin hücumlarına qarşı sünni və şiə müsəlmanların birləşmələrinin vacibliyini bildirib.
İsrailin müsəlmanlar arasında ixtilaf salaraq, öz mənafeyini reallaşdırmaq üçün əlindən gələni etdiyini deyən alim Qahirədəki çıxışında müsəlmanların biraraya gəlmə vaxtının çatdığını vurğulayıb. Habelə o, müsəlmanları İsrailə dəstək olan bütün təşkilat və firmaları boykot etməyə çağırıb. “Sionist rejim Qəzzada yaşayan qardaşlarımıza embarqo tətbiq etdiyi kimi, biz də bu rejimə dəstək olan firma və təşkilatları boykot etməliyik”, -deyə Qərdavi müsəlmanlara səslənib. Həmçinin, alim Ərəb-müsəlman dünyasının rəhbərlərinin İsrailin Əqsa məscidinə yönəltdiyi təxribatçı hərəkətləri qarşısında səssiz qalmalarına təəccübləndiyini də gizlətməyib.
Fələstin müqavimət hərəkatının silah və pul ilə dəstəklənməsinin vacibliyinə toxunan əllamə Qərdavi Ərəb dövlətləri rəhbərlərinin ordudan yalnız etiraz aksiyalarını yatırmaq üçün istifadə etdiklərini deyib.
/haber5/
/AzeriMuslims/