Verilən məlumatlara görə, bir qrup yəhudi Əqsa məscidinə hücuma hazırlaşır.Verilən məlumatlara görə, bir qrup yəhudi Əqsa məscidinə hücuma hazırlaşır.
Aydın olub ki, İsrail əsgərləri Əqsa məscidinə gedən yolları bağlayaraq, məsciddə keşik çəkənləri təslim olmağa çağırıblar. Məscidi könüllü şəkildə qoruyacaqlarına söz verən fələstinlilər isə Qüdsün ətrafını mühasirəyə alan İsrail əsgərlərinə təslim olmayacaqlarını bildiriblər. Son məlumatlara görə, məscidin əl-Əsbat qapısı yaxınlığında fələstinlilərlə İsrail əsgərləri və irqçi yəhudilər arasında qarşıdurma baş verib. Şeyx Kamal əl-Xatibi də daxil olmaqla bir qrup fələstinlinin yaralandığı haqda məlumat yayılıb. İrqçi yəhudilərin məscidi ələ keçirmələrindən qorxan ona yaxın fələstinli isə dünən yatsı namazından sonra evlərinə getməyərək, məsciddə keşik növbəsi tutublar.
Yayılan başqa bir xəbərdə isə Qərbi Yaka bölgəsində yaşayan fələstinlilərin Əqsa məscidinə dəstək üçün nümayişə hazırlaşdıqları bildirilib. İsrailin vəhşi təzyiqləri altında əzilən fələstinlilər və Əqsa məscidi dünya müsəlmanlarından təxirəsalınmaz dəstək gözləyir.
/haber5/
/AzeriMuslims/