Fələstinli 19 qadın və bir azyaşlı girovluqda olan israilli əsgər G.Şalitin yaşadığını əks etdirən videolent qarşılığında sərbəst buraxılıb. Fələstinli 19 qadın və bir azyaşlı girovluqda olan israilli əsgər G.Şalitin yaşadığını əks etdirən videolent qarşılığında sərbəst buraxılıb.
Azad edilənlər arasında İsrail həbsxanarında anadan olan 2 yaşlı Yusif də var. Minlərlə qəzzalı qadın və uşaq fələstinli əsir qadınları qarşılamaq üçün Xan Yunus rayonundakı Ərəz məntəqəsinə axışıblar.
Qəzza sakinləri İsrail həbsxanalarında anadan olan və 2 il məhbus hyatı yaşayan fələstinli kiçik Yusifi öpmək üçün bir-biriləri ilə yarışıblar. Əsirlikdən azad edilən Yusifin anası Fatimə əz-Zuq isə göz yaşlarını saxlaya bilməyib.
İsrail əsirliyindən xilas edilən qadınları hökumət binasında qarşılayan Fələstinin Baş naziri mərasimdə çıxış edib.
“Bugün böyük milli bayramdır. Biz bugün sionist əsgər G.Şaliti girov götürən müqavimət qrupları ilə HƏMAS-ın düşmənlə apardığı danışıqlar nəticəsində sərbəst buraxılan bacılarımızı qarşılayırıq. Azadlığa çıxan bacılarımızı təbrik edirəm. Bu mübarək gündə qəhrəman bacımız Ümmü Mahmud (Fatimə əz-Zuq) və onun kiçik balasını da qarşılayırıq. Kiçik Yusif ilk dəfədir ki, Fələstinin azad hissəsinə ayaq basır. Bu, fələstinlilərin və Fələstin müqavimətinin zəfəridir” – deyə İsmayıl Həniyə çıxışında bildirib.