Yaxın şərq » “Məgər İsrail nüvə silahına malik deyilmi?”
ABŞ-a səfəri davam edən Türkiyənin Baş naziri R.T.Ərdoğan “Plaza” mehmanxanasında mətbuat konfransı keçirib.ABŞ-a səfəri davam edən Türkiyənin Baş naziri R.T.Ərdoğan “Plaza” mehmanxanasında mətbuat konfransı keçirib.

Mətbuat konfransında Yaxın Şərq məsələsi ilə bağlı sualları cavablandıran Ərdoğan İranın nüvə silahına sahib olması məsələsinə də toxunub.

“İran prezidenti M.Əhmədi Necadın verdiyi açıqlamalardan belə məlum olur ki, İranın məqsədi sülh məqsədləri üçün uranın zənginləşdirilməsindən ibarətdir. Biz Yaxın Şərq regionunda nüvə silahının əleyhinəyik. Bunu istəmirik. Yaxın Şərqdə nüvə silahın malik olan başqa bir ölkə yoxdurmu? Məgər İsrail nüvə silahına malik deyilmi? İsrail də nüvə silahına sahibdir. Ancaq bu məsələ müzakirə edilmir. İsrail Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü deyildir. İran isə bu qurumun üzvüdür. Ancaq heç kim bu məsələyə toxunmur. Qəzza müharibəsi zamanı fosfor bombalarından istifadə edildi. Fosfor bombası kütləvi qırğın silahıdır. Bunun nəticəsində Qəzzada 1400 fəəstinli qadın və uşaq öldü, 5000-dən çox insan yaralandı. Heç kim bu həqiqətləri işıqlandırmır. Nə üçün bu məsələ gündəmə gətirilmir? Bütün ölkələr ancaq İran məsələsindən danışır” – deyə R.T.Ərdoğan bildirib.

/tevhidhaber/

/AzeriMuslims/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!