Yaxın şərq » Səudiyyə vəhhabiliyə 75 milyard dollar ayırıb
Misirli bir yazıçı Səudiyyə Ərəbistanının vəhhabi məzhəbini yaymaq üçün 75 milyard pul ayırmasını xəbər verib.

Misirin agah yazarlarından olan Əhməd Rasim ən-Nəfis peyk antenaları vasitəsilə vəhhabi proqramlarının yayımlanması barədə deyib: Bu tv kanallar məzhəbi fitnə salmaqda və Misirdə tayfa və qəbilə davaları salmağa xidmət edirlər.

O bu kanalların uydurmalara xidmət etdiyini bildirərək deyib: Bu kanalları idarə edənlərin əksəriyyəti təkfirçilərdirlər.

Misirin fəal şiələrindən olan ən-Nəfis S. Ərəbistanının vəhhabiliyi yaymaq uğrunda qoyduğu sərmayələrə işarə edərək dedi: Bu terror və qəddarlığı yayımlayan kanalları qanuni yolla və məhkəmələrlə bağlamaq lazımdır.

O “Vaşinqton post” qəzetinə istinadən dedi: S. Ərəbistanı ötən 30 il ərzində 75 milyard dollar vəhhabiliyi yaymaq üçün sərmayə qoyub.

R. ən-Nəfis sonda vəhhablərin fəaliyyətini və bunun acı nəticələrindən narahat olduğunu bildirərək dedi: Vəhhabilərin əl-Əzhərdəki fəaliyyətlərinin planı bu elmi və dini mərkəzi məzhəbi ixtilafların mərkəzinə çevirməkdən ibarətdir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!