Fələstinli ailələrin evlərindən çıxarılması əməliyyatı İsrail Ali Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Qərarda deyilir ki, həmin torpaqlar tarixən yəhudi xalqına məxus olub.
BMT-də hesab edirlər ki, fələstinlilərin sürgün edilməsi yolverilməzdir. Fələstin muxtariyyətinin lideri Mahmud Abbasın nümayəndələri isə İsrail polisinin hərəkətlərini qanunsuz və insanlığa sığmayan addımlar kimi qiymətləndiriblər.