İraq rəsmilərinin terrorçu münafiqlər qruplaşmasının başçıları ilə Diyalə vilayətində yerləşən Əşrəf bazasına iraqlı qüvvələrin nəzarət etmələri ilə bağlı danışıqlarının müvəffəqiyyətsizliyə uğramasının ardınca, İraq ordusu və nizam-intizam qüvvələrindən olan təqribən 800 qüvvə çərşənbə axşamı münafiqlər qruplaşmasının müxalifətinə və müqavimət göstərməsinə baxmayaraq Əşrəf bazasına daxil olub.
Bu toqquşma zamanı münafiqlər qruplaşmasının 200 üzvü və bir neçə iraqlı hərbçi ağır yaralanıb.
İraqın devrilmiş diktatoru Səddam ABŞ və bəzi Avropa ölkələrində "Xalq mücahidləri təşkilatı" adı altında fəaliyyət göstərən terrorçu münafiqlər qruplaşmasının 3000-ə yaxın üzvünü ötən əsrin 80-ci illərində İraqın BƏS rejiminin müxaliflərini yatırtmaqda əməkdaşlıq etmələri üçün Diyalə vilayətində yerləşən Əşrəf hərbi bazasında yerləşdirmişdi.
Terrorçu münafiqlər qruplaşması habelə İİR-da dinc sakinlərin və hökumət rəsmilərinin terror edilməsinə mühüm rol oynayıblar.
İraq hökuməti ötən il Əşrəf hərbi bazasına nəzarəti ABŞ qüvvələrindən təhvil alıb və bir neçə ay öncədən bu ölkə parlamentinin qərarına əsasən Əşrəf bazasını bağlamaq niyyətində olduğunu bildirib.
İraq hökumətinin sözçüsü Əli Əl-Dəbbağ iraqlı qüvvələrin Əşrəf bazasına girmələrini əsaslandırmaq üçün deyib: Bu baza İraqa aiddir və məntəqə ölkələrinin terrorizm ilə mübarizə sahəsindəki beynəlxalq öhdəliklərinə uyğun olaraq bu baza nəzarət altına alınıb.
Əli Əl-Dəbbağ əlavə edib: İraq terrorizmin qurbanlarından sayılır. Buna görə də bu ölkənin təhlükəsizlik qüvvələrinin Əşrəf bazasına girmələri və münafiqləri nəzarət altına almaları tamamilə qanuni və haqlı bir hərəkət sayılır.
İraqın Müdafiə Nazirliyinin sözçüsü general-mayor Məhəmməd Əl-Əsgəri də münafiqlər qruplaşması başçılarının iraqlı qüvvələrin hücumu zamanı bu qruplaşmanın bəzi üzvlərinin ölməsi ilə bağlı iddialarını təkzib edərək deyib: Artıq münafiqlərin özlərini məzlum və yazıq göstərmələri zamanı başa çatıb.
Bu arada bəzi agah mənbələr İraq ordusunun Əşrəf bazasına girməsinin ABŞ-ın müdafiə naziri Robert Qeytsin İraqa səfəri ilə bir vaxta təsadüf etməsini bu əməliyyatın Vaşinqton ilə Bağdad arasında əldə olunmuş anlaşmanın nəticəsi kimi hesab ediblər.
Bu mənbələrin fikrincə, amerikalılar terrorçu münafiqlər qruplaşmasını siyasi, təbliğat, maliyyə və hətta hərbi baxımdan dəstəkləmələrinə baxmayaraq, artıq bu qruplaşmanın istifadə tarixinin keçdiyini və bundan sonra bu terrorçu qruplaşmaya ABŞ-ın anti-İran siyasətlərində yerin olmadığını anlayıblar.
Elə buna görə də ABŞ siyasət səhnəsində ölü fiqura çevrilmiş münafiqlər qruplaşmasının aradan götürülməsi ilə razılaşıb.
ABŞ-ın İraqdakı qüvvələrinin komandanı general Reymond Odirnonun İraq ordusunun Əşrəf bazasına daxil olması ilə bağlı öncədən xəbərdar edilmədiyini bildirməsinə baxmayaraq ABŞ-ın dövlət departamentinin sözçüsü İan Koli dünən bildirib ki, İraqın təhlükəsizlik qüvvələrinin Əşrəf bazasını öz nəzarəti altına alması tamamilə qanuni bir hərəkət olub və ABŞ hökuməti rəsmi Bağdadın bu qərarına müdaxilə etmək niyyətinə deyil.
İan Koli müxbirlər qarşısında deyib: ABŞ hələ də münafiqlər qruplaşmasının adını terrorçu təşkilatlar siyahısında saxlayır.
Bir müddət öncə terrorçu münafiqlər qruplaşmasının başçıları məhkəmə toxunulmazlığına malik olacaqları təqdirdə İrana qayıtmağa hazır olduqlarını bildirməklə bu terrorçu qruplaşmanın buraxılmasını qeyri-rəsmi şəkildə elan etmişdilər.
İİR bundan öncə əlləri İran xalqının qanına boyanmamış münafiqləri şərti formada bağışlamağa hazır olduğunu bildirməklə yanaşı İraq hökumətindən istəmişdi ki, bu terrorçu qruplaşmanın başçılarını həbs edərək mühakimə olunmaları üçün İran tərəfinə təhvil versin.
IRIB