Orta şərq » Tehran:" Vaşinqton keçmişdəki səhvlərini etiraf etməlidir!"
Amerikanın çağırışını İran prezidentinin müşaviri şərh edib. Əli Əkbər Cavanfikr Vaşinqton çağırışının müsbət qarşılandığını deyib.

Lakin rəsminin dediyinə görə, sözlər ardınca konkret əməllər görmək daha faydalı olardı.

“Amerika hökuməti, keçmişdəki səhvlərini etiraf edib, onları düzəltməyə çalışmalıdır, Amerika buna hazır olduğunu nümayiş etdirsə İran hökuməti də ondan üz döndərməyəcək ”, - deyib prezident Mahmud Əhmədinejadın müşaviri.

Avropa İttifaqının xarici siyasəti üzrə komissarı Xavyer Solana, deyib ki, Barak Obamanın İrana müraciəti Tehranla münasibətlərdə "yeni səhifə açır".

Barak Obama Novruz Bayramı münasibəti ilə İran xalqına ünvanlandığı telemüraciətində əlaqələri yenidən qurmağın vacibliyini vurğulayıb.

"Biz illər ərzində yığılan ciddi fərqlərə malikik. Mənim administrasiyam indi diplomatik üsullara sadiqdir ki, qarşımızda duran bütün problemlərin konstruktiv həllini nəzərdə tutur", - deyib Amerika lideri.

Barak Obama deyib ki, Amerika İranla 30 il ərzində davam edən düşmənçiliyə son qoyaraq, qarşılıqlı ehtiram zəminində yeni münasibətlər qurmağa hazırdır.
BBC

 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!