Yaxın şərq » İsrail Ordusu 200 fələstinlini oğurlayıb
İslam-Azeri.az internet qəzetinin FİA-nə istinadlı xəbərinə görə sionist İsrail ordusu iki gün əvvəl Fələstin məhəllələrinə girərək çox sayda fələstinli işçini oğurlayıb.


Verilən məlumata görə bazar ertəsi günü 300-ə yaxın İsrail əsgəri Cənin rayonunun Bartaa kəndinə girərək bir neçə evi partlatmış, 200 nəfər fələstinli işçini isə qeyri qanuni olaraq həbs edərək naməlum istiqamətə aparıb.


Nablus sakinlərinin bildirdiklərinə görə İsrail əsgərləri Balat düşərgəsi yaxınlığında da İsrail əsgərləri beş evə partlayıcı qurğu quraşdırmış və yerlə yeksan etmişlər.


Həmçinin verilən məlumata görə Əl Xəlildə İsrail əsgərləri Əl İbrahimiyyə məscidinin şüşələrini sındırmış, Küfr Harisdə isə yerli sakinləri tikinti ilə məşğul olmağı qadağan etmişlər.


Son zamanlar İsrail əsgərlərinin Fələstinlilərə qarşı bu cür hücumlarının sayı artıb.


İslam-Azeri.az


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!