Yaxın şərq » Sionist İsrail, Livana qarşı yeni döyüşdən dəm vurur!
Livanda İslami Müqavimət Hərəkatı olan "Hizbullah"ın lideri Seyyid Həsən Nəsrullah, sionist İsrailin Livan əleyhində yeni bir döyüşdən dəm vurduğu xəbərdarlığını edib 



FaktXəbərin verdiyi məlumata əsasən, Livanda Sünni liderlərdən olan mərhum Fəthi Yəkənin vəfatının qırxıncı günü münasibətilə təşkil edilən mərasimdə çıxış edən Hizbullah lideri Seyyid Həsən Nəsrullah, "Müqavimətin var gücü ilə davam edəcəyini" bildirib. Hizbullah lideri Seyyid Nəsrullah həmçinin, sionist İsrailin Hizbullahla döyüşdə buraxdığı səhvəri ört-basdır etməyə çalışdığı, Tel-Əvivin Livanda müqaviməti yox etmək üçün yeni bir döyüşdən danışdığını qeyd edib. 

Sionist İsrailin Hizbullahla 33 günlük müharibəsində əsas hədəfin Livan xalqının müqaviməti olduğunu deyən Seyyid Nəsrullah, dünyasını dəyişmiş Fəthi Yəkənin İslam dinini əməl cəbhəsində İslami müqavimətlə birləşdirməyə çalışdığını və bu yolda birlikdə böyük addımlar atdıqlarını bildirib.
 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!