Yaxın şərq » İraqda İmam Musa Kazım (a.s)ın ziyarətçilərinə silahlı hücum
İraqın paytaxtı Bağdadın şərqində İmam Musa Kazım (S) türbəsini ziyarətə gedən karvana qarşı təşkil edilən bombalı hücumda, iki ziyarətçi şəhid oldu.



Əhli Beyt imamlarının 7-ci İmam Museyi Kazım as.ın şəhidlik ildönümü xatırlama mərasimlərinə qatılmaq üzrə Kazımeynə gedən karvanın keçdiyi yolda partladılan bombada biri qadın digəri kişi iki ziyarətçi şəhid olub, 12 adam da yaralandı. Yaralılar arasında da 4 qadının olduğu bildirilir



Səlahiyyətlilər ayrıca, səhər Bağdadın cənub-qərbində olan Dayana məhəlləsində meydana gələn partlamada 7 adamın yaralandığını bildiriblər. 
Digər tərəfdən, Yaqubuya bölgəsində bir partlamada da aralarında bir polis komandiri olmaq üzrə 5 polisin yaralandığı bildirildi.
İraqın paytaxtı Bağdadın şərqində olan Fellucedə də bu gün səhərə qarşı təşkil edilən bombalı hücumda 2 uşağın öldüyü, 6 adamın yaralandığı bildirildi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!