Yaxın şərq » HƏMAS, Yasir Ərafatın ölümünün araşdırılmasını istəyib
Fələstin admistrasiyasının keçmiş lideri Yasir Ərafatın ölümündə Mahmud Abbasın əlinin olduğu bildirilir
FaktXəbərin dünya mediasına istinadən verdiyi məlumata əsasən, Fələstinin baş naziri İsmayıl Haniyyə, Fələstin admistrasiyasının keçmiş lideri Yasir Ərafatın 2004-cü il noyabr ayında müəmmalı ölüm səbəbinin araşdırılmasını istəyib. Qeyd edək ki, Fələstin Qurtuluş Təşkilatının siyasi büro başçısı Faruk Kədduminin, keçmiş lider Yasir Ərafatın ölümündə Mahmud Abbasın da əlinin olduğu sözlərini işlətməsindən sonra İsmayıl Haniyyə, Qəzzada jurnalistlərə xitab olaraq etdiyi şərhdə, bu mövzunun əl-Fətih hərəkətini maraqlandırdığını, lakin Kadduminin iddialarının da araşdırılmasının lazım olduğunu ifadə edib. Nəzərinizə çatdıraq ki, Faruk Kaddumi iki gün əvvəl etdiyi şərhdə, Fələstin admistrasiyasının hazırki lideri Mahmud Abbas və keçmiş təhlükəsizlik məsləhətçisi Məhəmməd Dahlanın Yasir Ərafat və HƏMAS-ın bir çox səlahiyyətlisinin terrorunda barmaqlarının olduğunu ifşa edib.

www.FaktXeber.com
 


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!