![](/up/news/article/thumb_flag_israil.jpg)
25-dən çox İsrail əsgəri, "Səssizliyi Pozmaq - Breaking the Silence" adlı İsrail döyüş qazilərinə məxsus təşkilata ordu daxilində insan haqqlarının pozuntuları barədə izahat verib
İsrailin yanvar ayında Qəzzaya təşkil etdiyi əməliyyatlarda iştirak edən bir qrup israilli əsgər, Fələstin xalqına qarşı kifayət qədər tətbiq olunan zorakılıqdan danışıb. FaktXəbərin "BBC"-ə istinadən verdiyi məlumata görə, 25-dən çox İsrail əsgəri, "Səssizliyi Pozmaq - Breaking the Silence" adlı İsrail döyüş qazilərinə məxsus təşkilata ordu daxilində insan haqqlarının pozuntuları barədə izahat verib.Təşkilatın hesabatında, Qəzzanın vətəndaşlara istiqamətli ''böyük və bənzərsiz zərbənin'' arxasında İsrailin qarşıdurma qaydaları və siyasətinin dayandığı qeyd edilib.
Xatırladaq ki, İsrail ordusu Fələstin vətəndaşlarınım əməliyyatlar vaxtı zərər görməsinin qarşısını almaq üçün fövqəladə tədbirlər gördüyünü bildirsə də, nə İsraildə yaşayan insanlar, nə həmin ölkənin ordusu, nə də sionist rejimin əleyhinə olan təşkilatlar bunların doğru olduğuna inanmır. "Səssizliyi Pozmaq - Breaking the Silence" təşkilatı isə əsl problemin əsgərlərin bu bölgələrə girməsindən sonra yaşananlar olduğunu söyləyir. Təşkilat, İsrail ordusunun Qəzzədakı hərəkətlərinin daha əhatəli şəkildə araşdırılmasının vacib olduğunu bildirib.