Yaxın şərq » Qəzzalı 100 dul qara gəlin paltarıyla evləndi
İsrailin keçdiyimiz il sonunda başlayan və 22 gün davam edən Qəzza hücumları əsnasında yoldaşlarını itirən 100 Fələstinli qadın, qara gəlin paltarı geyərək yenidən dünya evinə girdi.
   




Həmas tərəfindən edilən toplu nikah mərasimində gəlinlər bütün dünyada edilənin tərsinə qara gəlin paltarı və əlcəklər geydilər.

İsrail, hücumlar əsnasında 1400 dən çox adamı öldürərkən, çoxunun Həmas döyüşçüsü olduğunu qarşıya qoymuşdu. Ancaq Beynəlxalq Əfv Təşkilatı, keçən ay hazırladığı bir hesabatında İsraili sərt bir dillə qınayaraq, öldürülənlərin böyük əksəriyyətinin vətəndaşlardan meydana gəldiyini eşitdirmişdi. Döyüş əsnasında 6 mindən çox Fələstinli yaralanarkən, 20 mindən çox ev də ziyan görmüş ya da tamamilə yerlə bir edilmişdi.

Evləndirilən qadın və kişilərinin hamısına yaxınının 25 yaşından kiçik olduğu açıqlandı. Həmasın, dullarla evləndikləri üçün hər bir kişiyə 2 min 800 dollar pul köməyində olduğu da iddia edildi.

İsrail mərkəzli The Media Line Xəbər Agentliyinə görə, evlənən qadınların böyük əksəriyyəti ikinci yoldaş olacaq. Qadınların yenə böyük əksəriyyəti qayınlarıyla evləndi. Xəbərə görə, evlənən qadınların çoxusunun toylarında uşaqlarıda iştrak etdi

Həmasın təşkil etdiyi bu cür toylarla həm evli cütlərə ev əşyası köməyi edilir, həm də bu şəkildə evliliklər cazibədar hala gətirilir. Həmasın bu ay sonunda da kor olanları toplu halda evləndirəcəyi və bunun Orta şərqdə ilk dəfə olacağı ifadə edilir.


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!