Orta şərq » Rəsmi Tehran, ABŞ prezidentinin müraciətinə münasibət bildirib
Rəsmi Tehran, ABŞ prezidenti Barak Obamanın İran xalqına müraciətinə münasibət bildirib. İran prezidenti Mahmud Əhmədinejatın müşaviri Əliəkbər Cafanfəxr bildirib ki, Barak Obama, Vaşinqtonun İrana qarşı münasibətini dəyişməlidir: «Yalnız davranışındakı fundomental dəyişikliklərdən sonra ABŞ bizə dostluq əlini uzada bilər. Hələ də davam edən və ABŞ tərəfindən yenidən ətsdiqlənən sanksiyalar doğru deyil və onlara bir daha baxılmalıdır».
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama İran xalqına və bu ölkənin siyasi liderlərinə müraciət edib. O öz müraciətində bildirir ki, İranla ABŞ arasında barışıq prosesi hədələrlə müşaiyət olunmayacaq. Barak Obama, İraqla əlaqələri konstruktiv şəkildə və qarşılıqlı hörmət əsasında inkişaf etdirmək niyyətini də açıqlayıb.

ANS PRESS


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!