![](/up/news/article/photo/thumb_abdul_aziz_hakimi.jpg)
İraqın “Əl-hivarat” agentliyinin yaydığı məlumata əsasən, İraq parlamentinin ən böyük fraksiyasının başçısı olan (Böyük İraq Birliyi fraksiyası) Seyyid Əbdül-Əziz Həkimi, İordaniya kralı İkinci Abdullah şəxsən özü zəhərli qəhvə ilə zəhərləyibmiş. Əslən İraqlı olan, Amerika vətəndaşı, hazırda isə Əbdül-Əziz Həkimin müalicəsi ilə məşğul olan doktor Samir Cərcis onun zəhərlənməsini təsdiqləyibdir. Samir Cərcisin sözlərinə görə Əbdül-əziz Həkim bu haqda ona məlumat verərək demişdi ki, 2007-ci ildə İordaniyaya etdiyi səfəri zamanı, İordaniyanın hazırki kralı ikinci Abdullah ona meyl etmək üçün qəhvə təklif etmişdir. Bu qəhvəni içdikdən iki saat sonra isə onda ağır mədə ağrıları başlamışdır. İraqa qayıtdıqdan sonra həkimə müraciət etsədə, həkim bu ağrıların nədən baş verdiyini anlamayıb.
Mənbənin yazdığına görə məsələ ilə əlaqədar Əbdül-Əziz Həkim İraq rəsmi dairələri vasitəsi ilə olaya aydınlıq gətirmək istəsədə, ABŞın İraqdakı səfirliyi işə qarışaraq baş nazir Nuri Maliki ilə görüşüb, bunun qarşısını ciddi-cəhdlə almış və xəbərin yayılmasına görə senzura qoyulmasını tələb etmişdir.
P.S. ABŞ bütün Ərəb və müsəlman ölkələrində diktatura rejimlərinin hakimiyyətdə olmasında maraqlıdır. Odur ki, bütün ərəb ölkələrindən şahlıq üsul rejimləri hakimiyyətdə olmalarına baxmayaraq ABŞın tam dəstəyinə arxalanır və öz qeyri demokratik hakimiyyətlərini zorla xalqlara diktə edirlər.
WwW.FAKTXEBER.COM