Dünyada » Fransa parlamenti başörtüsü məsələsini tədqiq etmək üçün komissiya yaradacaq
Fransa parlamenti başörtüsünün ölkədə nə qədər yayıldığını müəyyənləşdirmək üçün komissiya yaradılması haqqında qərar çıxarıb.

"HaberTürk" saytının verdiyi xəbərdə bildirilir ki, komissiya parlamentdə təmsil olunan həm sağ, həm də solçu partiyalarından olan 32 nəfərdən təşkil ediləcək. 8 iyul tarixində fəaliyyətə başlayacaq komissiya ilin axırına qədər ölkədəki başörtüsü ilə bağlı hesabat hazırlamalıdır.

Xatırladaq ki, bir müddət əvvəl Fransa prezidenti Nikola Sarkozini ölkədə niqabın qadağan edilməsi təklifini vermişdi. Hətta xarici qəzetlərin birinə müsahibəsində prezident demişdi ki, "Fransa qadını üçün niqab yaraşan deyil". "Dəyərlər" AİN


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!