Yaxın şərq » İraqın gərginliklərində yüzlərlə nəfər ölüb və yaralanıb
İraqın paytaxtı Bağdadın şərqində 9 ABŞ hərbçisi yaralanıb.
ABŞ-ın İraqdakı hərbi komandanlığı bildirib ki, bu gün səhər Bağdadın şərqindəki Rəsafə məntəqəsində 9 ABŞ hərbçisi iraqlıların partlayış tələsinə düşərək yaralanıb.

Digər tərəfdən bu gün Bağdad və Fəlucə şəhərlərində pərakəndə hücumlar nəticəsində 6 nəfər ölüb, 7 nəfər də yaralanıbdır.

Sədr qəsəbəsindəki partlayışın qurbanlarının sayı da 72 nəfərə çatıb.

Bu partlayış dünən bu qəsəbənin şiələr yaşayan məntəqəsində baş verib. Nəticədə azı 104 nəfər də yaralanıbdır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!