Dünyada » Amerikada hicablı xanımdan üzr istənildi
Amerikada Navi Federal Kredit İttifaqının Cənubi Merilend şöbəsi hicablı xanımdan üzr istəyib.Vaşinqton Post qəzetinin verdiyi məlumata görə Navi Federal Kredit İttifaqının Cənubi Merilend filiyalı kassanın önündə növbədə duran müsəlman xanıma xidmət etməkdən imtina etmişdir və arxa otağa yaxınlaşıb orada baş örtüyünü çıxarmasını tələb ediblər. Bu yaşanmış hadisəyə görə rəhbərlik hicablı xanımdan üzr istəyib.

Təşkilatın vitse-prezidenti Kenza Şelleyin dediyinə görə onlar öz işçilərinə hər bir baş geyimini - şlyapanı, papağı və s. qadağan edib. Onların fikrincə bu təhlükəsizlik baxımında zəruridir. "Məhz buna görə biz növbədə duran müsəlman xanımdan hicabını çıxarmasını tələb etmişdik" - deyə vitse-prezident bildirib.

Amerika İslam Əlaqələri Şurasının Vaşinqton bölməsinin nümayəndəsinin vəkili İbrahimin dediyinə görə "Hicab dini geyimdir. O digər baş geyimləri kimi zövq məqsədi ilə geyinilmir. Bu insanların vicdan azadlığıdır".

Buna görə də təşkilatın vitse-prezidenti Kenza Şelley İttifaq adından hicablı xanımdan üzr istəyib. O deyir ki, biz təəssüf edirik ki, belə bir hadisə baş verib və hal hazırda bütün işçilərinə bu sahədə xüsusi təlimatlatlar verirlər.

Deyerler.Org


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!