İsrail rejiminin cinayətlərini araşdıracaq BMT yanında tribunal yaradılmalıdır. Bu günlərdə dünyanın aparıcı hakimləri, hüquq üzrə ekspertlər və hüquq müdafiəçiləri İsrail rejiminin yaxın keçmişdə Qəzzada törətdikləri həm hərbi, həm də insani cinayətlərin beynəlxalq səviyyədə dəqiq və qərəzsiz şəkildə araşdıracaq BMT yanında tribunalın yaradılmasına çağırıblar. “Beynəlxalq hüquq və münaqişələrin həll edilməsi sahəsində təcrübəli mütəxəssislər olaraq əminliklə bildiririk ki, bu cinayətlərin beynəlxalq səviyyədə araşdırılması olduqca labüddür”, - deyə 16 nəfərdən ibarət qrup BMT baş katibi və BMT Təhlükəsizlik Şurasına ünvanladıqları açıq məktubda bildiriblər, - İslam.ru xəbər verir.
Məktubu keçmiş Yuqaslaviya ərazisində mövcud olmuş Beynəlxalq Tribunalın baş prokuroru, Nobel mükafatı laureatı arxiyepiskop Dezmond Tutu, İrlandiyanın keçmiş prezidenti və hazırda BMT-nin insan haqları məsələləri üzrə komissarı Meri Robinson və başqaları imzalayıb. /deyerler/