Analitika və müsahibə » Maştağada partlayış baş verib
Nəticədə iki nəfər yaralanıb

Bu gün təqribən saat 11.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Rövşən Salmanov 2 ünvanında yerləşən həyət evində partlayış baş verib. ANSPRESS-in məlumatına görə, partlayış nəticəsində evdə olan iki nəfər 67 yaşlı Qədirnisə Quliyeva və qızı 46 yaşlı Yaxşıxanım Quliyeva xəsarət alıblar. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hər iki yaralı 5 saylı Yanıq Mərkəzinə aparılıb. Q. Quliyeva üz nahiyəsindən 1-2-ci dərəcəli, qızı isə bədəninin yuxar ətraflarında 2-3-cü dərəcəli yanıq xəsarəti alıb. Hazırda hər iki şəxsin vəziyyəti normaldır.
İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.

Aytən Həmidova /ANSPRESS/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!