Dünyada » Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb
Ayətullah əl-üzma Seyid Əli Sistani

“Əziz möminləri, dünyanın bütün xeyirsevər insanlarını Livanla bu çətin durumda həmrəy olmağa, bu fəlakətdən dolayı onların müsibətlərinin yüngülləşməsi üçün bütün imkan daxilindəki yollarla dəstək olmağa çağırırıq.”

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin dəftərxanası bəyanat verib.

Ayətullah Sistani bəyanat vasitəsilə Livan xalqına başsağlığı verərək, onlara səbr diləyib.

Müctəhid dünyanın xeyirsevər insanlarını və müsəlman dünyasını bu ölkə xalqı ilə həmrəy olmağa və onlara imkan daxilində dəstək göstərməyə çağırıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!