Türkiyə höküməti bir-iki gün müddətinə ABŞ-dan müxalif islam təbliğatçısı, Ankara tərəfindən dövlət çevirilişi etməyə cəhd göstərmədə ittiham olunan Fətullah Gülənin ekstradisiyası barədəki sorğusuna cavab gözləyir. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ xəbər verib.
313news xarici KİV-ə istinadən bildirir ki, “Biz ABŞ-la Gülənin ekstradisiyası barədə aktiv danışıqlar aparırıq. Lazımi sənədlər onlara ötürülüb. ABŞ-ın verdiyi məlumata görə, 1-2 gün ərzində onlar bizə Gülənin müvəqqəti həbsi barədə sorğumuza cavab verəcəklər”, - deyə Bozdağ türk telekanallarından birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ekstradisiya barədə razılaşmaya əsasən, ABŞ Ankaranın sorğusu ilə Türkiyə vətəndaşını həbs etməlidir.
16 iyula keçən gecə bir qrup qiyamçı Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərərkən, cəhdin qarşısı hakimiyyət tərəfindən alınıb. Qarşıdurma nəticəsində qiyamçılardan əlavə 426 türk vətəndaşı ölüb, 2 mindən artıq şəxs yaralanıb. Türkiyə hökuməti Güləni çevrilişə cəhddə günahlandırır və ABŞ-dan onun ekstradisiya olunmasını tələb etir. Gülən özü isə qiyamı pisləyib və ona aidiyyatı olmadığını bildirib.