Federal Təhlükəsizlik Xidmətinin ləğv ediləcəyi, əvəzində daha böyük qurum kimi Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılacağı bildirilir.
"2018-ci ilə kimi Rusiyanın güc strukturlarında irimiqyaslı islahatlara başlanılması planlaşdırılır".
Bu barədə "Kommersant" qəzeti öz mənbəsinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, islahatlarda məqsəd güc strukturlarının daha effektli işləməsini təmin etmək və korrupsiyanın kökünü kəsməkdir. Qəzetin əldə etdiyi məlumatda o da deyilir ki, Federal Miqrasiya Xidmətinin (FMX) və Narkotikin dövriyyəsinə nəzarət federasiya xidmətlərinin də ləğv olunacağı və onların əvəzinə "Rosqvardiya"nın yaradılacağı planlaşdırılır.
"Kommersant" onu da iddia edir ki, Rusiya Federasiyası Təhlükəsizlik Xidməti, həmçinin Federal Mühafizə Xidməti və xarici kəşfiyyat idarələrinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) yaradıla bilər. Federal Təhlükəsizlik Xidməti isə bundan sonra yalnız Prezidentin mühafizəsini təmin edəcək.
İş orasındadır ki, DTN yalnız İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin qaldırdığı cinayət işlərinin araşdırılması ilə məşğul olmayacaq, eyni zamanda həmin qurumlara nəzarət funksiyasını da həyata keçirəcək. Yeni yaranacaq nazirliyin İstintaq İdarəsi üstün status qazanır və müxtəlif cinayət işlərinin araşdırılmasını öz üzərinə götürə bilər.
DTN həmçinin, bütün güc strukturlarının, hüquq-mühafizə orqanlarının təhlükəsizliyinə məsul olacaq. İstintaq İdarəsi isə, qəzetin iddiasına görə, 2011-ci ildə olduğu kimi, yenidən Baş Prokurorluğun tabeliyinə verilə bilər.
Güc strukturlarını əhatə edən islahatlar yalnız yeni nazirliyin yaradılması ilə yekunlaşmır, digər sahələrə də sirayət edəcək. Məsələn, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Müdafiə Nazirliyinin tərkibinə birləşdirilməsi mümkün versiyalardan biri kimi səslənir.
Məqalədə xatırlanır ki, yanğına nəzarət funksiyası əvvəllər olduğu kimi, yenidən daxili işlər nazirliyinin tabeliyinə qaytarıla bilər. Rusiya FHN-də gözlənilən bu dəyişiklikləri "Kommersant" bir neçə mənbədən təsdiqlədə bilib. (sputnik)