Azərbaycan və MDB » Ali məktəbə qəbul imtahanları ləğv edilə bilər (Video)

Ali məktəblərə qəbul imtahanlarının test üsulu aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər.

313news-un XəzərXəbərə istinadən verdiyi xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə açıqlamasında bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.

Əgər hüquqi bir qərar verilsə şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir.

Buraxılış imtahanında qaydalar da sərtləşdirilib. Əvvəllər xarici dil imtahanından 3 qiyməti almaq üçün 6 suala doğru cavab vermək kifayət idisə bu il şagirdlər minimum 7 doğru cavab verməlidirlər.

Ali məktəblərə mövcud qəbul imtahanında isə variantların sayı da artırıla bilər. Çünki, yeni istifadə olunan çap texnologiyası hər abituriyentə individual test kitabçası hazırlamağa imkan verir.

Redaktor: Qafar Əhmədov

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!