Dünyada » BVF-dan Qafqaz ölkələrinə xəbərdarlıq
Qlobal iqtisadi böhran əvvəlki illərin makroiqtisadi nailiyyətlərinə ciddi ziyan vura bilər

Beynəlxalq Valyuta Fondu “Regional İqtisadi Perspektiv - 2009” adlı hesabat yayıb. Hesabatda qlobal iqtisadi böhranın Qafqaz və Mərkəzi Asiya dövlətlərinə ciddi ziyan vura biləcəyi deyilir.

Lent.az “BBC radiosu”na istinadən xəbər verir ki, bu beynəlxalq qurum bu il Qafqazda və mərkəzi Asiya ölkələrində iqtisadi artımın tam şəkildə dayanacağını proqnozlaşdırır. Hətta hesabat müəllifləri bəyan edirlər ki, qlobal iqtisadi böhran bu ölkələrin ötən illərdə qazandıqları makroiqtisadi nailiyyətlərinə ciddi ziyan vurmağa qadirdir. 

Hesabatda deyilir ki, bu ölkələr qlobal maliyyə sisteminə sıx bağlı olmasalar da, materialların qiymətdən düşməsi, investisiyaların donması və ixracdan asılılıq regionda iqtisadi inkişafın dayanmasına səbəb ola bilər. Sənəddə o da qeyd olunur ki, yalnız Türkmənistan, Özbəkistan və Azərbaycan neft və qaz istehsalının artması hesabına regional tənəzzüldən yaxa qurtarmaq imkanına malikdir. İqtisadi fəallığın azalması isə real sektorda qiymətlər üzərində təzyiqi artıra bilər. Bu səbəbdən də sağlam makroiqtisadi mühitin yaradılmasına, siyasətlərin səmərəli uzlaşdırılmasına ehtiyac var. 

Sənəddə qeyd olunur ki, regionun bir sıra ölkələrində iqtisadi böhrana qarşı bir sıra tədbirlər görülür. Məsələn, bəzi ölkələr sosial xərclərin artırılması hesabına milli valyutaların xarici valyutadan asılılığının qarşısını ala bilib.

Hesabatda Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadi çətinliklərdən çıxmaq üçün üç mühüm şərt göstərilir: məzənnə kurslarının hərəkətliliyinin davam etdirilməsi, yoxsul və aztəminatlı əhali qrupu üçün xüsusi hökumət proqramları və bankların mümkün risklərdən qorunması. 

Elxan SALAHOV 

LENT.AZ


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!