14 Noyabr, 2015
Vəhhabi telekanalından şok etiraf: "Nigeriyada 25 milyon nəfər şiəliyi qəbul edib!"

Daima şiə və əhli-sünnə əleyhinə təbliğatlar aparan, xüsusən Adnan Arur kimi terror çağırışçılarının meydanına çevrilmiş məşhur Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "Visal" kanalı şok hesabat yayımlayıb.

Hesabatda deyilir ki, Nigeriyada ümumi əhalisinin sayı təxminən 25 milyon olan dörd əyalətinin əhalisini bütünlüklə şiə etmişlər. Hesabatda Şeyx İbarhim Zəkzəkinin fəaliyyətinə xüsusi yer ayrılmışdır.

Telekanala qonaq qismində dəvət edilmiş vəhhabi alimi Şeyx əl-Bərrak bildirib ki, Xomeyni inqilabının baş verdiyi 1979-cu ildə Afrikada bircə dənə də olsun rafizi (yəni, şiələri qəsd edir) yox idi. Xomeyninin inqilabından sonra məzhəb ixracatı və rafiziliyə dəvət başladı. Təhsil heyətləri göndərildi və s. Nəticədə Afikanın ən çox əhaliyə malik olan və hətta iqtisadi cəhətdən ən güclü dövlətlərindən biri olan Nigeriyada bu qorxulu sayda şiələr meydana gəldi.

Bu maraqlı məlumatlarla zəngin hesabatla daha ətraflı tanış olmaq üçün aşağıdakı videonu mütləq izləyin və paylaşın.

az.313news.net

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!