Analitika və müsahibə » İŞİD-in stolüstü kitabı: "Vəhşiliyin idarəedilməsi" (araşdırma və müsahibə)
Keçən həftənin çərşənbə günü ABŞ prezidenti Barak Obama İraq-Şam İslam Dövlətinə qarşı ünvanlanmış yeni strategiyanı açıqladı və hökumətin hadisələrin baş verdiyi regionda dəhşətli vəhşilikləri davam etdirən ekstremist qruplaşmaya necə cavab verəcəklərini bildirdi. Ağ Evin hərbi müdaxilələri İŞİD-in irəliləməsinin qarşısını alsa da, qeyd etmək lazımdır ki, radikal Sələfi islamın bir hissəsi olan İŞİD liderləri də öz növbələrində praqmatik taktika mütəxəssisləridir. Bəzi alimlər indi iddia edirlər ki, İŞİD-in metodları, o cümlədən dəhşətli zorakılıqları uzun illər ərzində cihadçı dairələrdə əldən-ələ gəzən əvvəlcədən hesablanmış bir planın tərkib hissəsidir. Elə bir plan ki, bəlkə də Amerika hərbi müdaxiləsinə qəsdən səbəb olmaq üçün hazırlanmışdı.

Əslində, İŞİD-in xüsusən bir kitabdan təsirləndiyini düşünmək üçün bir neçə əsas var. Yox, bu kitab Qurani-Kərim deyil.

2004-cü ildə “Vəhşiliyin idarəedilməsi” adlı PDF formatda olan kitab internetə yüklənmiş və sünni cihadçı dairələr arasında dolaşmışdır. Alimlər tezliklə diqqət etdilər ki, “Əbu Bəkr Nəci” ləqəbi ilə yazan anonim müəllif tərəfindən nəşr edilmiş bu  kitab Somalidəki əş-Şəbab kimi bir çox ekstremist terror təşkilatları arasında populyarıq qazandı və nəhayət 2006-cı ildə hal-hazırda Brukinq İnstitutunda “ABŞ-ın İslam dünyası ilə əlaqələri” Layihəsinin direktoru olan Vilyam Mak Kants tərəfindən araşdırma üçün ingilis dilinə tərcümə edildi.

Mak Kants “ThinkProgress”-ə verdiyi müsahibədə bildirib ki, bu kitab 2000-ci ilin ortalarında populyar olan cihadçılığa desentralizasiyalaşmış, “lidersiz” yanaşmaya  alternativ olaraq yazılıb. “Vəhşiliyin idarəedilməsi” kitabı bütün dünya üzrə super güclərə qarşı ayrı-ayrılıqda hücumlar etmək əvəzinə müsəlman döyüşçülərdən ibarət qrupun müəyyən bir torpağı işğal edib özünü-idarə üsullu İslam dövləti qurmaqları üçün genişmiqyaslı plan təklif edirdi. Necə ki, bu gün İŞİD eyni şeyi etməyə çalışır.

“Kitab xilafət qurmaq üçün yol xəritəsi rolunu oynayır” - Mak Kants deyir. “Bu kitab kiçik ərazilərin nəzarət altında alınması yollarını... və oradan da xilfatə keçid üsulunu göstərir. İraqdakı qruplaşma (İŞİD) arasında bu kitabın populyar olması məni təəccübləndirməzdi.” Ardınca Mak Kants bildirdi ki: “Vəhşiliyin idarəedilməsi” kitabı cihadçıların ərazini necə zəbt edib tutmaq üsulu məsələsinə toxunan yeganə mətn olması ilə bərabər, İraq və Suriyadakı qara geyimli dəstələr Nəcinin hər məsləhətini ciddi qəbul etməyiblər. İŞİD qüvvələri müəllifin qadın və uşaqlara qarşı şiddətdən çəkinmə kimi ənənəvi İslami qaydalara riayət etmək barədə məsləhətlərinə açıq şəkildə məhəl qoymadılar. İŞİD-in istifadə etdiyi digər silahlar isə hesabatlara görə təcavüz və cinsi istismardır.

“İŞİD digər ekstremist təşkilatlardan fərqlidir” – deyə Mak Kants bildirib. “Onların ənənəvi İslami müharibə strukturuna heç bir aidiyyətləri yoxdur.” Bununla belə “New Yorker” qəzetindən Lourens Rayt, keçmiş Mİ-6 agenti Alasteyr Kruk, “Washington Post” qəzetindən Terrens Mak Koy da İŞİD-in fəaliyyətində bu kitabın təsirini müşahidə ediblər. Onlar iddia edirlər ki, İŞİD liderləri Nəcinin yazılarının təsirini açıq şəkildə etiraf etməsələr də, onların Yaxın Şərqdəki fitnə-fəsadları, xüsusən də qeyri-stabil əraziləri istismar etmələri və dindaxili qarşıdurmaları qızışdırmaq üslubları Nəcinin planının bir sıra aspektləri ilə xeyli üst-üstə düşür. Məsələn, "Vəhşiliyin İdarəedilməsi" kitabı müsəlmanlar arasında zorakılığı təhrik edərək, müvəqqəti olaraq enerji mənbələrinə olan iddiaları irəli sürməklə insanlara qarşı hərbi əməliyyatları yayır. Bu cür qeyri-sabitlik kontuziya almış sakinlərin münaqişəni sonlandırmaq üçün həvəslə İŞİD kimi işğalçı dəstələrə qoşulduğu  “vəhşilik mərkəzləri” – yaxud müharibə nəticəsində yaranmış həqiqi xaos yaratmağı hədəfləyir. Kitabın müəllifi Nəci iddia edir ki, bu, nəticədə sünni xilafətin ekstremist versiyasının yaradılmasına gətirib çıxaracaq. “Kitabın əsas ideyası budur ki, sən yerli hökumət və həssas infrastrukturlara, xüusən də turizm və enerji mərkəzlərinə hücum etməlisən” – deyə Mak Kants bildirib. “Bununla da yerli hökumət öz təhlükəsizlik qüvvələrini həmin infrastrukturların müdafiəsi üçün istiqamətləndirəcək və nəticədə hökumətin mövcud olmadığı boşluq ərazilər – təhlükəsizlik vakuumu yaranacaq.”

İŞİD “parçala və hökm sür” prinsipindən çıxış edərək özlərinə ardıcıllar toplamaq və şəhərləri işğal etmək üçün İraq və Suriyada məhz bu cür hərəkət edirdi. Onlar bir çox işğal etdikləri ərazilərdə sünni-şiə qarşıdurmalarından istifadə edir, xüsusən də İraqda, hansı ki, 2000-ci illərin əvvəllərində ABŞ İraqa soxulandan sonra hər iki dini qrupun hərbi gücləri müxtəlif dərəcələrdə kilidlənmişdi.  Həmçinin, İŞİD mühüm enerji mənbələrini də hədəfə almışdı. Məsələn, avqust ayında Mosul yaxınlığındakı İraqın ən böyük bəndini müvəqqəti olaraq işğal etmişdilər. Nəcinin proqnozlarına müvafiq olaraq, bu addım ABŞ-ı hava zərbələri endirməyə məcbur etdi, belə ki, İraq hərbi qüvvələri bəndi qaytarmaq üçün hərəkətə keçirdilər. İŞİD eyni strategiyanı həyata keçirməklə, bu dəfə Bağdad yaxınlığındakı Hədisa bəndini hədəf olaraq götürdü.

İŞİD-in zorakılıqdan “möhtəşəm” istifadəsi də Nəcinin yazılarında proqnozlaşdırılmışdı. O, bu məsələyə kitabında “Zor gücündən istifadə” adlı xüsusi başlıq həsr etmiş və bunun könüllü əsgərlərin cəlbedilməsində və qorxu yaradılmasında səmərəli vasitə ola biləcəyini qeyd etmişdir. O yazır: “Ömründə bir dəfə də  olsun cəsarətlə müharibədə iştirak etməmiş şəxs döyüşdə və media müharibəsində kafirlərə qarşı zorakılıq və sərtliyin istifadəsini başa düşməzlər.” Müəllif mediyanın ümumən təsir və gücü barədə bir neçə istinaddan istifadə edərək əlavə etmişdir ki, zorakılıq xəbərləri düşməni qorxudan çox mühüm vasitədir. Həmçinin yazır: “Biz düşməni üzərimizə gəlməmişdən əvvəl 1000 dəfələrlə düşünmçəyə məcbur etməliyik.”

Gəlin indi bu günkü İŞİD-ə baxaq, hansı ki, ölüm manqalarına bənzər taktikaları və medianın qeyri-adi ağıllı uslubla istifadəsi ilə geniş auditoriyada tanınır. Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutundan Arun Zelin kimi alimlər iddia edirlər ki, bu kombinasiya təsadüfi deyil, belə ki, (mediada) yayımlanan vəhşiliklər İŞİD-in İraqdakı şiə müsəlmanlar da daxil olmaqla, müxaliflərin qəlblərində qorxu yaratmaq planının bir hissəsidir.

Həmçinin “King’s College London” Universitetində İslam və müsəlman dünyasının öyrənilməsi üzrə böyük mühazirəçi olan Karol Kersten “ThinkProgress”ə müsahibəsində bildirib ki, İŞİD-in hiyləgər media oyunu – hansı ki, 100-lərlə əsgərin amansızca qətlə yetirilməsindən ibarət videoları yaymaq üçün aktiv şəkildə sosial mediadan istifadə edirlər – onları müharibə yorğunu ərazilərdə digər ekstremist qruplardan fərqləndirir.

“Onlar İŞİD-i franşizaya döndəriblər” – deyə Kersten sözlərinə davam edir. “Zorakılıq siyasi bir tamaşaya çevrilib. Onların ideyaları, fikirləri əvvəllər də var idi, lakin hal-hazırda bu ideyaları ən yeni üslubla – İslami elementləri və KİV istifadə üslublarını əsaslı şəkildə balanslaşdıraraq təqdim edirlər. Qarşımızda yeni növ aldadıcı problər var... və bu, zorakılığın idarəedilməsini yeni sərhədlərə doğru istiqamətləndirib.”

Xüsusən ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatlarını diqqətə alsaq, bu kitabda başqa qeyd olunmalı məqamlar da var. Məsələn, Nəci bu kitabda xarici qüvvələrin hava hücumlarına qarşı mübarizə yollarını izah edərək yazır ki, həmin ölkələr bu işlərinin “əvəzini ödəməlidirlər”, yəni bir növ cihadçıların bombalanmasına qarşı intiqam alınmalıdır.

Kitabdan oxuyuruq: “Vəhşiliyin idarəedilməsi” mərhələsinə gəldikdə isə biz təlim-məşq ərazilərimizdə, və ya idarə etdiyimiz yaşayış məntəqələrimizdə düşmənin - əhli-səlib, yaxud da kafirlərin hava hücumlarına məruz qalacağıq.” Həmçinin oxuyuruq: “Bu vəziyyətdə “əvəzçıxma” siyasəti düşmənin qarşısını kəsəcək və onları “vəhşiliyin idarə edilməsi” rejimi tərəfindən idarə edilən ərazilərə hücum etməmişdən qabaq min dəfələrlə düşünməyə vadar edəcək, çünki düşmən biləcək ki, gec də olsa, bu işinin qarşılığını görəcəkdir. Beləliklə, düşmən barışığa meyl edəcəkdir ki, bu da vəhşilik ərazilərində nəfəslərin dərilməsinə və irəliləməyə şərait yaradacaqdır. Barışıq dedikdə, danışıqsız və güzəştsiz şəkildə müvəqqəti olaraq döyüşlərin dayandırılması nəzərdə tutulur. Biz kafir düşmənlə, atəşkəsə inanmırıq, hətta o düşmən sadəcə əsas düşmənə köməkçi qismində dəllallıq etsə belə...”

Son zamanlar amerikan jurnalistlərinin İŞİD tərəfindən başları kəsilərək öldürülməsi “əvəzçıxma” siyasətinin bariz nümunəsidir. Kitabda yazıldığı kimi, İŞİD qüvvələri ABŞ-ın hava hücumlarını dayandırmayacaqları təqdirdə dəhşətli əməllərə imza atacaqlarını deyərək bu hücumların dayandırmasını tələb etdilər. “Bu şəxslər ABŞ-ın geri çəkilərək hava qüvvələrindən istifadə etməsini xoşlamırlar, belə ki, kişlikdən hesab etmirlər.” – deyə Mak Kants bildirib. “Bu (hava hücumları) onlar üçün çox ziyanvericidir. Bu, kişilikdən olmayan bir işdir və onlara iri propoqanda xalları qazandırmır. Ona görə də ABŞ-ın düz burnuna zərbə endirməlisən ki, ya ərazidən təmamilə çıxmağa, ya da vasitəçilər yolu ilə hücumu dayandırıb quru qoşunları yeritməyə məcbur olsun.”

Mak Kants bildirib ki, təəssüf ki, “Vəhşiliyin idarə edilməsi” gələcəyi proqnozlaşdırmır və hal-hazırda İŞİD-in hazırki başkəsmə əməllərinin ABŞ-ın işə qarışmasının qarşısının alınması, yoxsa xarici hərbi qüvvələrin quru yolu ilə müharibəyə təhrik edilmələri üçün (müəllif Nəci iddia edir ki, quru yolu ilə müharibə cihadçılara xeyir edəcək) olması barədə tədqiqatçılar arasında fikir ayrılığı var.

Bununla belə, son gedişatlar göstərir ki, ABŞ hava zərbələri endirməkdə israrlıdır. CNN telekanalının keçirdiyi səsvermədə respondentlərin 76%-i İŞİD-ə qarşı əlavə aviazərbələrin həyata keçirilməsinin tərəfdarıdır. MSNBC-nin nəticələrinə görə isə 61% səs sahibi inanırlar ki, İŞİD-ə hava zərbələrinin vurulması ABŞ-ın maraq dairəsindədir.

Həmçinin CNN-in keçirdiyi sorğuya görə 61% respondent İraqa quru qoşunlarının göndərilməsinin əleyhinə olsa da, Texas qubernatoru Rik Perri və Nümayəndələr Palatasının üzvü Stiv King (Stiven Arnold) regiona quru qoşunlarının yeridilməsinə tərəfdarlıq nümayiş etdirdilər.

313news.net olaraq, bu fərziyyələrdən əlavə, İŞİD-in yaranmasından tutmuş İraqdakı fəaliyyətinə qədər ABŞ-ın planlarının parçası olması barədə düşünülməsini də təklif edirik.

Allah haqq əhlini müvəffəq etsin.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!