Dünyada » Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov İranda rəsmi səfərdə olub

İslamazeri.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, Azərbaycanın Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov İran prezidentilə görüşüb.

İran mediası Kəmaləddin Heydərovu İlham Əliyevin xüsusi nümayəndəsi kimi təqdim  edib.

İslam Respublikasının  Prezident Aparatının İnformasiya portalının verdiyi məlumata görə verdiyi məlumata görə, İran prezidenti bu gün Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Azərbaycanın Fövqəlada Hallar naziri Kəmaləddin Heydərovla görüşündə İran tərəfindən qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi barədə olan xüsusi iradəyə təkid edib.

Həsən Ruhani deyibki,  İran və Azərbaycan Respublikası iki qardaş və qonşu ölkədir və İran dövləti iki ölkə və iki xalqın şəninə uyğun əlaqələrin yaradılmasını istəyir.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Kəmaləddin Heydərov da prezident İlham Əliyevin İran prezidentinə ünvanladığı məktubu Həsən Ruhaniyə təqdim edərək deyib: "İranla əlaqələrin genişləndirilməsi rəsmi Bakının prioritetini təşkil edir və qarşıya məqsədlərin qoyulması ilə qarşılıqlı münasibətlərin genişləndirilməsi reallaşacaq."
Kəmaləddin Heydərov Azərbaycan Respublikası prezidentinin İrana gözlənilən səfərinə toxunaraq deyib: "İranda yeni hökumətin fəaliyyətə başlamasından sonra iki ölkə əlaqələrində müsbət atmosfer yaranıb və qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi üçün lazımı zəmin yaranıb."

Qeyd edək ki, Azərbaycan tərəfindən başqa bir çox ölkə rəsmiləridə İran prezidentilə görüşüblər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!