Dünyada » ABŞ-dan müharibə bəyantı: "Rusiyanı ağır nəticələr gözləyir"

"Ukrayna ərazisinin işğal olunacağı təqdirdə Rusiyanı ağır nəticələr gözləyir".

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerri çıxış edib.

O, ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və ona dəstək verdiyini bildirib. "Bu hərəkətlər Ukrayna və bütün regionda sülh və təhlükəsizlik üçün böyük təhlükədir. Mən dünən Ukrayna Prezidenti cənab Turçinovla danışdım və hər zaman onun yanında olduğumuzu bildirdim. Prezident Obamanın dediyi kimi biz rus qoşunlarının öz bazalarına geri dönməsinə, beynəlxalq vasitəçilərin yardımı ilə məsələnin həll edilməsini istəyirik. Biz ən birinci gündən Rusiyanın yerli rusları qorumaq üçün fəaliyyətinə hörmət edirik, amma bu Ukraynanın ərazi bütövlüyü və birbaşa yeni hakimiyyətin vasitəçiliyi ilə olmalıdır. Əgər onlar gərginliyin azaldılması üçün addımlar atmasa bu, Amerika- Rusiya münasibətlərinə və Rusiyanın beynəlxalq statusuna böyük zərbə olacaq".

Qeyd edək ki, dünən ABŞ Prezidenti Barak Obama ilə Vladimir Putin arasında danışıqlar olmuşdu. Müzakirələr zamanı zamanı Obama Rusiyanın etnik rusları müdafiə etməyinə hörmətlə yanaşdığını, amma bunun Ukraynanın ərazi bütövlüyünə xələl gətirmədən edilməsini istəmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!