ABŞ, Avropa, İordaniya, Səudiyyə və “Nusra”-nın Əmmanda gizli konfrans keçirdikləri barədə məlumat yayılıb.
İslamazeri.az-ın “Al Alam”-ə istinadən verdiyi xəbərə görə, bu konfrans ABŞ, İngiltərə, Fransa və İordaniyanın yüksək rütbəli zabitləri və kəşfiyyatının iştirakı ilə təşkil olunub. Konfransda Səudiyyə şahzadəsi Salman Bin Sultan və “Nusra” cəbhəsi terrorçu qrupunun komandiri Əbu Məhəmməd əl-Cəvlani də iştirak edib.
“Müstəqil Suriya təhlükəsizliyi” adlı təşkilat bəzi adı çəkilməyən mənbələrə istinadən bildirib ki, bu görüş fevralın 10-da Əmmanda “Four Season” (Dörd fəsil) hotelinin ABŞ hərbi ekspertləri üçün nəzərdə tutulmuş xüsusi hissədə iki saat müddətində keçirilib. Görüşdə bir çox məsələ, o cümlədən Suriyadakı silahlı qrupların hazırlıq səviyyəsi və bu ölkəyə ehtimal olunan hərbi hücum barədə danışıqlar gedib.
Mənbələrin dediyinə görə, ABŞ zabitlər qrupu əl-Cəvlaniyə bildiriblər ki, Suriyaya hücumda məqsəd, həssas və strateji mərkəzləri, xüsusilə hava limanları və raket bazalarını məhv etməkdir. Digər əməliyyat tədbirləri daxildəki silahlı qrupların öhdəsinə veriləcək.
Məlumata əsasən, Şahzadə Salman İordaniyada yaşayaraq, ordakı təlim paliqonlarına nəzarət edir. Salman bildirib ki, Səudiyyə müxtəlif hərbi avtomobillər və silahlar verməyə hazırdır. Hətta lazım olarsa, Səudiyyə Suriya əleyhinə hava əməliyyatlarında da iştirak edəcək.Mənbələr qeyd ediblər ki, konfransın əsas mövzusu Suriyanın cənubuna diqqəti artırmaq olub.
Görüş zamanı ABŞ və Səudiyyə “Nusra” komandirindən ASO ilə eyni cəbhədə birləşməsini istəyib və əl-Cəvlani bu istəklə razılaşıb. Əl-Cəvlani bildirib ki, ASO ilə hər hansı qarşıdurmanı dayandıracaq və birlikdə əməliyyat kabineti təşkil edəcəklər.
Xəbərə əsasən, Səudiyyə tərəfi sələfi hərəkatı əli ilə “Nusra” cəbhəsinə maliyyə və maddi-texniki dəstək durmağa davam edəcəyini və daha çox cənubi cəbhəyə diqqət yetirəcəyini bildirib.
Qeyd edək ki, bu artıq 2-ci dəfədir ki, Səudiyyə və ABŞ nümayəndələri əl-Cəvlani ilə Əmmanda görüş keçirirlər.