Orta şərq » Rəfsəncanin oğlunun Tehran Şəhər Bələdiyyəsinə namizədliyi qeydə alınıb

Aprelin 21-də İranda bu il iyunun 14-də prezident seçkilərilə eyni vaxtda keçiriləcək bələdiyyə seçkilərinə namizədlərin qeydiyyata alınma mərhələsi başa çatıb

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, qeydiyyata alınanlar arasında tanınmış siyasətçilər, sahibkarlar, idmançılar, televiziya aparıcıları, hətta müğənnilər də var.

Tehran Şəhər Bələdiyyəsinə namizədlər arasında tanınmış siyasətçilərdən - İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin oğlu, Tehran Metropoliteninin sabiq rəisi Möhsün Haşimi, Mehdi Çəmran, Rəsul Xadim, Əlirza Dəbir, Abbas Şeybani və Hüseyn Rzazadə, sahibkarlardan - İran Ticarət Palatasının İdarə Heyətinin üzvü,  Mötəlifə İslam Partiyasının üzvü Əsədullah Əsgəroladi, həmçinin Ləl və Cəvahirat Birliyinin sədri Məhəmməd Kəşti Arayın adlarını qeyd etmək olar.

Tehran Şəhər Bələdiyyəsinə 31 üzv seçməlidir və onlar da öz aralarından meri seçməlidirlər. Çünki Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf İran prezidentliyinə namizədliyini irəli sürüb və bələdiyyə seçkilərinə qatılmayıb

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!