İraqda parlament seçkiləri keçirilib
İraqda parlament seçkiləri keçirilib. 313news.net-in məlumatına görə, 14 milyon seçici kürt vilayətindan başqa, digər 12 vilayətin vəkillərini təyin etmək üçün səs verib.
İraqın ən nüfuzlu din alimi Ayətullah Seyid Əli Sistani xalqı seçkilərdə fəal iştiraka çağırıb. Sistaninin nümayəndəsi və Kərbəlanın imam-cüməsi Şeyx Əbdülmehdi Kərbəlai onun sözlərini çatdırıb: "Bəziləri seçkilərdə iştirakı mənasız hesab edirlər. Lakin bu problemin həlli deyil. Yaxşı namizəd seçilməsini istəyən kəs səs verməzsə, başqası onun yerinə seçim edəcək".
Seçki ərzində İraq yenidən terror ocağına çevrilib. "Euronews"-un məlumatına görə, yüksək təhlükəsizlik tədbirlərinə baxmayaraq, seçki dairələri hədəfə alınıb. 4 nəfərin yaralandığı bildirilir.