Orta şərq » Pərviz Müşərrəf məhkəmədən qaçırıldı

Eks-prezidentinin məhkəmə hökmündən yayındığı bildirilir

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf haqqında həbs qəti-imkan tədbiri seçilib. 313news.net-in ABNA-ya istinadlı məlumatına görə, Müşərrəfin mühafizəçiləri məhkəmə qərarının ardından dərhal onu zaldan çıxarıb, qaçırıblar. İddialara görə, Müşərrəf bağ evinə aparılıb.

Qeyd edək ki, Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib, 2008-ci ildə müxalifətin təzyiqlərindən sonra postundan getmiş və İngiltərəyə köçmüşdü. 11 mayda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Pakistana qayıdıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!