Dünyada » Şimali Koreya danışıqlar üçün şərt irəli sürdü

Pxenyan ona qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb edir

Şimali Koreya Cənubi Koreya ilə danışıqlara başlamaq üçün Amerika Birləşmiş Ştatlarına bir sıra şərtlər siyahısı təqdim edib. Siyahıya əsasən, Pxenyan Seulla dialoqa yalnız BMT Şimali Koreyaya qarşı bütün sanksiyalarını ləğv etdiyi halda, eləcə də Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərini dayandırdığı halda razı olacaq- "Anspress" "Accociated press" agentliyinə istinadən xəbər verir.

Pxenyan həmçinin Cənubi Koreya və ABŞ-ın Şimali Koreyaya qarşı düşmən mövqeli təbliğatı dayandırmasını tələb edir. "Əgər cənub qonşularımız və ABŞ Şimali Koreyanın dağıdıcı zərbəsindən qaçmaq və danışıqlara başlamaq istəyirsə, onlar bizim şərtlərimizi qəbul etməlidirlər", - Şimali Koreya televiziyası ilə səsləndirilimiş Dövlət Müdafiə Komitəsinin bəyanatında belə deyilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Şimali Koreyanın öz nüvə proqramından imtina etmək istiqamətində "əhəmiyyətli addımlar" atacağı təqdirdə bu ölkəyə yardımın bərpa edilməsi məsələsinə yenidən baxmağa hazır olduğunu bəyan etmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!