12 Aprel, 2013
Əhmədinejadın komandası irəlidədir

İranda seçki qabağı sorğu keçirilib

İranın İSNA xəbər agentliyi ölkədə bu il iyunun 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı ictimaiyyət arasında sorğu aparıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sorğu iki gün müddətində keçirilib və sualları 20 min 150 nəfər cavablayıb.

Sorğunun ilk günündə islahatçılar nəticə etibarilə böyük üstünlük qazanıb. Ancaq dövlət medialarının öz tərəfdarlarını səsvermədə iştiraka dəvət etməsindən sonra hökümət tərəfdarları ilə mühafizəkarların (üsulgəra) üstünlüyü artıb. Belə ki, respondentlərin 41,3%-i növbəti prezident seçkilərində indiki hökuməti (İran prezidenti Mahmud Əhmədinejad komandası nəzərdə tutulur), 33%-i islahatçıları, 23,1%-i mühafizəkarları, 2,7%-i isə müstəqil namizədləri dəstəkləyəcəklərini bildiriblər.

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!