Yaponiya hökuməti Şimali Koreyaya qarşı bir tərəfli sanksiyaların müddətinin iki ilə qədər uzadılması barədə qərar qəbul edib
2006-cı ildə qəbul olunmuş sanksiyalar KXDR-dən məhsulların idxalına, Şimali Koreya gəmilərinin Yaponiya portlarına daxil olmasına qadağa qoyur, həmçinin Şimali Koreyaya ixrac olunan məhsullara ciddi nəzarət edilməsini nəzərdə tutur- "Milli" xəbər verir.
2009-cu ildə KXDR-nin nüvə sınaqları keçirməsindən sonra Yaponiya bu ölkə ilə bütün ticari əlaqələrin dayandırılmasını elan edib.
2009-cu ilə qədər sanksiyaların vaxtı hər 6 aydan bir uzadılırdı, lakin nüvə sınaqlarından sonra isə məhdudiyyətlər 1 il uzadıldı.