Orta şərq » İran müctəhidləri Şeyx Nimrin müdafiəsinə qalxdı

İranın tanınmış din alimləri Səud rejiminə xəbərdarlıq ediblər

İranın tanınmış müctəhidləri Səudiyyə Ərəbistanının şiə alimi höccətül-İslam-vəl-müslimin Baqir Nimrin edamına kəskin etiraz ediblər. 313news.net-in "Əhli-beyt (ə) xəbər agentliyin"ə istinadlı məlumatına görə, Ayətullah Məkarim Şirazi xaric dərsində bu məsələyə münasibət bildirib: "Səud rejimi bu şəxsləri məhkəmədə mühakimə edərək məsələni asanlıqla ört-basdır etdiyini hesab etməsin. Şübhəsiz, bu məsələ rejimin ölkə daxili və xarici problemlərini örtmək üçün beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyildir. Səud rejimi qəti olaraq bilməlidir ki, əgər Şeyx Nimr və digər məhbuslara bir zərər toxunsa, şiələr və vəhhabi olmayan digər müsəlmanlar bunun qarşısında sükut etməyəcəklər".

Məsələyə Ayətullah Cəfər Subhani də münasibət bildirib: "Bu gün də Səudiyyə rəhbərləri aydın natiq, dinin qoruyucusu və vətəninə bağlı olan Şeyx Nimrə Peyğəmbərə (s) atdıqları böhtanın digər bir bənzərini atırlar. Ərəbistan bu alimə qarşı böhtanına görə ondan üzr istəməlidir".

Ayətullah Ələvi Qorqani isə bununla bağlı müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Səud rejiminin həqiqi alimlərin qətlinə fərman verməsi Amerikanın diktəsi ilə baş verir: "Tələb edirəm ki, dünya müsəlmanları və azad insanlar Şeyx Nimrin edamına görə Ərəbistan rəhbərliyinə qarşı öz etirazlarını ucaltsınlar".

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!