Orta şərq » İran Şeyx Nimrlə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib

"Bu edam Ərəbistanda böhrana çevriləcək"

İranın İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Ələddin Bürucerdi, Səudiyyə Ərəbistanının ən nüfuzlu şiə alimi Ayətullah Nimrin edam qərarı ilə bağlı xəbərdarlıq edib. ABNA-nın "İrib"ə istinadlı məlumatına görə, Bürucerdi edam qərarının böhrana səbəb olacağını bildirib: "Şeyx Nimrin edam olunması təkcə Ərəbistan şiələrinin deyil, bütün şiə müsəlmanlarının sərt reaksiyanına səbəb olacaq. Bu qərarın tətbiqi Ərəbistanda indiyə kimi misli görünməmiş böhranı ortaya çıxaracaq".

Bürucerdi beynəlxalq təşkilatların susmasını da tənqid edib və bildirib ki, bu təşkilatlar tamamilə siyasi hərəkət edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı məhkəməsi ölkənin ən nüfuzlu şiə alimi Ayətullah Nimrin edam edilməsinə hökm verib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!