Silah » Türkiyədə yerli istehsallı qırıcılar F-16-ları əvəz edəcək

"Türkiyə 2023-cü ilədək F-16-ları yerli istehsallı qırıcılarla tam əvəz etmək niyyətindədir"

Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Milli Təhlükəsizlik Nazirliyinin Müdafiə Sənayesinin katibi Murad Bayar deyib.

Onun sözlərinə görə, Türkiyə ötən ildən yerli qırıcının modelinin hazırlanması üzrə layihə həyata keçirir. Qırıcının ilkin konstruksiyasının tam hazırlanmasının iki ilə başa çatacağı gözlənilir.

Qırıcının istismara başlanma tarixi və bu layihənin dəyərinə gəlincə, Bayar qeyd edib ki, təfərrüatlar sonra açıqlanacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!