Analitika və müsahibə » Myanmada müsəlmanlar niyə qətliam edilir və dünya ictimaiyyəti niyə susur?

Demək olar ki, hər gün Myanmadan müsəlmanların qətliam edilməsinə dair xəbərlər gəlməkdədir

 

Cəmi son üç gün ərzində ölkədə buddistlərin müsəlmanlara qarşı hücumlarında 100-dən çox müsəlmanın qanı axıdılıb, 14 məscid yandırılıb, yüzlərlə müsəlmanın evi külə döndərilib.

Ötən il ərzində Myanmanın Arakan vilayətində müsəlmanlara qarşı buddistlər tərəfindən törədilən qətliamlarda 5 min müsəlman qətliam edilmiş, 140 min insan isə öz yurd yuvalarını tərk etmək məcburiyyətində qalmışdı.

Myanma müsəlman ölkəsi hesab olunmur. Bu ölkədə müsəlmanlar ümumi əhalinin təqribən 4 faizini təşkil edir. Lakin, bəzi şəhələrdə, xüsusilə də son məscidlərin yandırıldığı Meytilanın 100 minlik sakinin 30 faizini müsəlmanlar təşkil edir. Myanmada müsəlmanlara qarşı törədilən qətliamlarda Qərbin əlinin də olmasını istisna etmək olmaz. Belə ki, məhz 2011-ci ildən sonra Qərb tərəfindən Myanmanın hərbi hakimiyyəti demokratik hökumət kimi qəbul edildikdən sonra müsəlmanların bəlaları başlayıb.

2011-ci ildənm etibarən artıq bütün ölkəyə nəzarət hərbi hakimiyyət tərəfindən ələ alındı. Ordu yalnız hakimiyyətin maraqlarını müdafiə etməyə başladı. Bundan sonra buddistlərin də müsəlmanlara qarşı özbaşınalıqları başlandı. Onlar müsəlmanlardan ölkə ərazisini tərk etməyi və Banqladeşə köçməyi tələb edir.

İndiyə qədər Myanma rəhbərliyi müsəlmanlara vətəndaşlıq verməkdən imtina edir. Hətta ötən ilin iyulunda prezident Tein Sein də müsəlmanlara qarşı cinayətlərə qoşularaq onları ölkədə qovmaq və ya BMT tərəfindən təşkil edilən düşərgələrə yerləşdirmək çağırışı etdi. Bunu buddistlər də dəstəklədi və onları ölkədən kütləvi şəkildə qovmaq kampaniyasına başladı.

Hazırda Myanmada 800 minə qədər müsəlman yaşayır. Onlar hər gün ölüm və qətliam təhlükəsi ilə üz-üzədir. Buna baxmayaraq indiyə qədər dünya ictimaiyyəti bir dəfə də olsun, Myanmada müsəlmanların qətliamını dayandırmağa dair çağırış etməyib. Əlbəttə ki, burada bir o qədər beynəlxalq maraqlar yoxdur. /deyerler/

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!