Orta şərq » Özbəkistan prezidentini infarkt vurması xəbəri yayılıb

Prezident İslam Kərimovun infarktdan sonra vəziyyətinin ağırlaşdığı bildirilir

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova atasının sağlamlıq durumunun kritik həddə olmasına dair yayılmış xəbərləri təkzib edib. “Twitter” istifadəçisinin suallarını cavablandıran G.Kərimova deyilənlərin yalan olduğunu vurğulayıb. “Prezidentimizin Novruz şənliklərində 20 dəqiqə rəqs etməsini gördükdən sonra belə söhbətləri yaymaq sadəcə anormallıqdır”, - deyə dövlət başçısının qızı bildirib- "anspress" xəbər verir.

Bununla belə xaricdə fəaliyyət göstərən müxalif Özbəkistanın Xalq Hərəkatı iddia edir ki, Novruz şənliklərinin ikinci günü İslam Kərimovu infarkt vurub. Dövlət KİV-lərindəki mənbəyə istinadən edən qurumun saytı Özbəkistan prezidentinin infarktdan sonra vəziyyətinin ağırlaşdığını yazıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!