Orta şərq » İranın nüvə obyektlərinə kiber hücum olub

İslam Respublikasının nüvə obyektlərinə virus hücumu olub

İranın nüvə təsisatlarına "Stuksnet" virusu ilə hücum olub. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı məlumatına görə, NATO-nun sifarişi ilə beynəlxalq tədqiqatçılardan ibarət qrup belə bir bəyanatla çıxış edib. Məlumata əsasən, bəyanatda nüvə obyektlərinə edilən hücumun beynəlxaq hüququ zidd, güc tətbiqi olduğu bildirilir.

"BBC" kanalının xəbərinə görə, NATO-nun Estoniyadakı mərkəzinin sifarişi ilə hazırlanan bəyanatda qeyd edilir: "İnsanların ölümü, yaralanması və ya avadanlıqların zərər görməsinə səbəb olacaq hər bir hərəkət güc tətbiqidir".

Kiberhücumu isə heç bir qurum və ya ölkə öz üzərinə götürməyib. Lakin mütəxəsislərin rəyinə əsasən, bu səviyyədə mürəkkəb bir virusun dövlət dəstəyi olmadan hazırlanması qeyri-mümkündür.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!