Orta şərq » Prezidentlik müddəti bitdikdən sonra şəxsi partiya yaratmaq fikrim yoxdur – Mahmud Əhmədinejad

"Prezidentlik fəaliyyətim bitdikdən sonra, Qərbdəki həmkarlarım kimi, şəxsi partiya və ya hər hansı bir siyasi təşkilat yaratmaq niyyətində deyiləm"

SalamNews-un MehrNews-a istinadla verdiyi xəbərə görə, bunu İranın Prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, 8 il ərzində - hər iki prezidentlik müddətində o, öz ölkəsi ilə bağlı öhdəliklərini vicdanla yerinə yetirib: “Əlbəttə, mən əvvəllər də siyasətçi idim və yenə də siyasətçi olaraq qalacağam. Lakin mənim bundan sonrakı siyasi fəaliyyətim Qərb siyasətçilərinin ənənəvi fəaliyyətindən fərqlənəcək”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!