12 Fevral, 2013
Misir yeni Müfti seçdi

Misirin Əl-Əzhər İslam universiteti Ali Elmi Şurası, Misirə yeni müfti təyinatı haqda məsləhətləşmələr apararaq son qənaətə gəlib

Sonda Şuranın əksər üzvləri Əl-Əzhər məzunu olan şəriət elmləri doktoru Şeyx Şauk İbrahim Əbdülkərimi bu vəzifəyə təyin edib "İslamazeri" "İbret.az"-a istinadən xəbər verir. Şura üzvülərinin təmsilçisi olan Şeyx Əhməd Teyyib bildirib ki, Əl-Əzhərdə Fiqh fakultəsinin dekanı olan Əbdülkərim, şura üzvülərinin əksəriyyətinin səs rəyinə əsasən, Misirin yeni Müftisi təyin edilir. Qeyd edək ki, Əl-Əzhərin qanunlarına əsasən, Müftiliyə təyin edilən şəxs 60 yaşdan yuxarı olmamalı, Əl-Əzhər İslam universiteti məzunu olmalı, şəriət elmləri professoru olmalı və ingilis dilini gözəl bilməlidir.

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!