Dünyada » Rəcəb Təyyib Ərdoğan: "Fələstinin qapıları açılsın"
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Fələstinin qapılarının açılmasını tələb edib. "Dünya bülteni" xəbər verir.

Türkiyənin Radio və Televiziya quruluşunun təşkil etdiyi tədbirdə Qüdslə canlı bağlantı yaradılıb. Fələstinlə bağlı məlumatlar verən müxbirdən sonra çıxış edən baş nazir dünyaya "Qapıları açın" mesajını verib. "Qəzzada həyat normal deyil, məktəblər, xəstəxanalar bağlıdır. Hamı çadırda yatır. Fələstinin qapıları açılsın. Xəstələr daha yaxşı müalicə olunması üçün xarici ölkələrə aparıla bilsin. Bunun üçün bütün dünyanın dəstəyini gözləyirik.
"Dəyərlər" AİN


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!