Orta şərq » Ayətullah Xameneyi: "Fələstinin şərt irəli sürəcəyinə kim inanardı?"

"Onlar İslami oyanış sözündən qorxurlar"

İran İslam İnqilabının lideri Ayətullahul-uzma Seyid Əli Xameneyi "İslami oyanış və təbliğ" məsullarını qəbul edib. 313news.net-in "Mehr" agentliyinə istinadlı xəbərinə görə, inqilab rəhbəri bildirib ki, düşmən "İslami oyanış" sözündən çox qorxur və bacardığı qədər çalışır ki, bu ifadəni işlətməsin: "Onlar elmi olaraq xalqa təsir edən İslamdan qorxurlar".

Ayətullah Xameneyi həmçinin mücahid fələstinlilərə təşəkkür etdiyini bildirib: "Kim Fələstinin bir hissəsi ilə sionist rejim arasında müharibə başlanacağına və bu, müharibənin bitməsi üçün Fələstinin şərt irəli sürəcəyinə inanardı? Fələstinlilərə, HƏMASA, İslami-cihada afərin demək lazımdır. Mən bütün mübarizəkar fələstinlilərə təşəkkür edirəm".

Suriya məsələsinə də toxunan Ayətullah Xameneyi bildirib ki, günah Suriyanı daxili müharibəyə sürükləyənlərdədir: "Biz hər hansı bir insanın burnundan qan axmasına qarşıyıq və ağrısını hiss edərik. Müsəlmanların bütün istəkləri zor tətbiq edilmədən həll edilməlidir".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!