Orta şərq » İranın müdafiə naziri Azərbaycanla bağlı məsələdən danışıb

“Azərbaycanın pilotsuz təyyarələrinin İran sərhədlərində uçması barədə məlumata malik deyiləm”

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi bildirib.

Nazir ABŞ-ın Fars körfəzindəki fəaliyyətlərinə toxunaraq, İranın bölgədəki xarici qüvvələrin cəhdlərinə həssaslıq göstərdiyini və lazımi xəbərdarlığı zamanında verməsi vacib olduğunu vurğulayıb.

İran sərhədləri hər hansı bir ölkə tərəfindən pozulduğu zaman problem çıxacağını deyən Ə. Vahidi bu vəziyyətdə rəsmi Tehran lazımi xəbərdarlıqları edərək məktub belə göndərəcəyini söyləyib.

Nazir Azərbaycan pilotsuz təyyarələrinin İran sərhədlərində uçması ilə bağlı suala cavabında isə bununla bağlı hələlik hansısa bir məlumata malik olmadıqlarını deyərək, İranla Azərbaycanın əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.

Qeyd edək ki, bu gün İranın “Press TV” telekanalı Azərbaycanla İsrailin pilotsuz təyyarələrinin İran və Dağlıq Qarabağ üzərində uçması barədə xəbər verib.

Xəbərdə Azərbaycanın sərhəd bölgələrinin təhlükəsizliyi və əraziyə nəzarət etmək üçün UAV tipli pilotsuz təyyarələrdən istifadə etdiyi qeyd olunub.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!