Afrika » Qahirədə on minlərlə nümayişçi Mursinin istefasını tələb edir

Misirin paytaxtı Qahirənin Təhrir meydanında prezident Məhəmməd Mursinin qəbul etdiyi qərarlara qarşı izdihamlı mitinq keçirilir

APA-nın bbc.com saytına istinadən verdiyi məlumata görə, nümayişçilər Mursinin istefasını tələb edirlər.

Mursi tərəfdarlarının bu günə təyin olmuş mitinqi qarşıdurma düşməsin deyə təxirə salınıb.  Lakin etirazçılarla polis arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Etiraz aksiyaları Misirin digər şəhərlərində də keçirilir.

Qeyd edək ki, Misirdə etiraz dalğası Mursinin özünə fövqəladə səlahiyyətin verilməsi barədə fərmanı imzaladıqdan sonra başlayıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!